Malayziyada yeni liman tikiləcək

194

Malayziyada özəl Kuala Linggi Beynəlxalq Limanının (KLIP) təməlqoyma mərasimi keçirilib.

“Seanews.az” xəbər verir ki, layihənin dəyəri təxminən 3,2 milyard dollar qiymətləndirilir.

Yeni yükaşırma müəssisəsi Malakka boğazının sahilində inşa edilir. Limanın ərazisində mayeləşdirilmiş neft qazı, maye yanacaq üçün çənlər, gəmiqayırma zavodu, müxtəlif yüklər üçün anbarlar, sənaye sahələri və digər obyektlər olacaq.

Limanın tikintisinin 2027-ci ildə başa çatdırılması planlaşdırılır.