“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşları arasında stolüstü tennis turniri keçirilib.

473

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşları arasında stolüstü tennis turniri keçirilib.

Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin idman zalında baş tutan yarışda bütün strukturlardan olan ümumilikdə 20 nəfər stolüstü tennis həvəskarı qüvvəsini sınayıb.

Gərgin keçən mübarizədə I yeri Xəzər Dəniz Neft Donanmasının əməkdaşı Rahib Məmmədov tutub. II və III yerə isə “Bibiheybət” Gəmi Təmiri Zavodunun əməkdaşları Elşən Kərəmov və Müzəffər Qurbanov çıxıb.

Qaliblərə diplom və hədiyyələr verilib.

Yarışın keçirilməsində məqsəd əməkdaşların asudə vaxtını səmərəli təşkil etmək, onların fiziki sağlamlığını möhkəmləndirmək, idmana maraqlarını daha da artırmaqdan ibarətdir.