ASCO-da Gənclər Gününə həsr olunmuş Nə? Harada? Nə zaman? intellektual oyunu keçirilib – VİDEO+FOTOLAR

408

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) Gənclər Gününə həsr olunmuş Nə? Harada? Nə zaman? intellektual oyunu keçirilib.

Yarış ümumilikdə 8 komandanın iştirakı ilə baş tutub.

Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələrindən ibarət komanda oyunun qalibi olub.  “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun komandası ikinci, ASCO Aparatının təmsilçiləri isə üçüncü yerə layiq görülüblər.

Sonda qalib komandalar mükafatlandırılıb.

Qeyd edək ki, ASCO-da komanda ruhunun yüksəldilməsi, əməkdaşların dünyagörüşünün artırılması məqsədilə İnsan resurslarının idarəedilməsi departamenti tərəfindən bu cür intellektual oyunlar mütəmadi olaraq təşkil edilir.

asco.az