Külək güclənib, qar yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.7 metrə çatıb – FAKTİKİ HAVA

208

Faktiki hava açıqlanıb.Bu barədə FED.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirlib.

    Qeyd edilib ki, fevralın 6-si saat 09:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi qərb küləyi bəzi yerlərdə arabir güclənib.Hava şəraiti 5-i axşam bəzi dağlıq ərazilərdən başlayaraq arabir yağıntılı olub, qar yağıb.Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında arabir 25 m/s, Daşkəsəndə 30 m/s, Yardımlı, Qobustanda 24 m/s, Lerikdə 22 m/s, İsmayıllı, Göyçayda 18 m/s, Sabirabad, Altıağacda 17 m/s, Naftalan, Quba, Gədəbəydə 16 m/s, Şəkidə 15 m/s-dək güclənib.Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 3.7 metrə çatıb.Qar örtüyünün hündürlüyü Ordubadda 37 sm, Qaxda (Sarıbaş) 33 sm, Qrızda 5 sm, Gədəbəy, Sədərəkdə 3 sm, Qusarda 2 sm, Quba, Şahbuzda 1 sm olub.Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 17, Naxçıvan MR-da 9, Aran rayonlarında 16, dağlıq rayonlarda 10 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5 dərəcəyədək şaxta olub.

    Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti fevralın 6-sı axşamadək davam edəcək.