Finlandiya limanlarında 1,46 milyon TEU konteyner aşırılıb

191

2023-cü ilin sonunda Finlandiya limanlarının ümumi konteyner dövriyyəsi tranzit daxil olmaqla, təxminən 1,46 milyon TEU təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 17,7% azdır.

O cümlədən ixrac konteyner aşırmaları 1,4% azalaraq 706,7 min TEU, idxal isə 7,2% azalaraq 676,3 min TEU təşkil edib. Konteyner tranziti 78,1 min TEU olub ki, bu da 22,6% az deməkdir.

Finlandiya Statistika İdarəsinin məlumatına görə, ölkənin konteyner limanları arasında lider olan Hamina Kotka 2023-cü ilin sonunda (tranzit istisna olmaqla) 612,5 min TEU-dan çox yük aşırıb ki, bu da bir il əvvəlkindən 1,4% azdır.

Hesabat ilində Helsinki limanından əvvəlki illə müqayisədə 7,7% az – təxminən 445,8 min TEU keçib. Rauma konteyner dövriyyəsini 0,4% artıraraq 209,8 min TEU-ya çatdırıb.

2023-cü ilin sonunda Hanko limanında konteyner dövriyyəsi 20,5% azalaraq 57,9 min TEU təşkil edib. Oulu limanı 23,9 min TEU işləyib ki, bu da 2022-ci ilin yanvar-dekabr ayları ilə müqayisədə 12,8% azdır.

Tornioda konteynerlərin aşırılması həcmlərində – 5,1% (12,1 min TEU-ya qədər), Uusikapunkidə – 70% (513 TEU-ya qədər), Pietarsaaridə – 89,9% (111 TEU-ya qədər) və Poridə – 77,9% (111 TEU-ya qədər) konteynerlərin aşırılması həcmlərinin azalması qeyd edilib.

Eyni zamanda, 2023-cü ilin sonunda Kemi limanı konteyner aşırmalarını əhəmiyyətli dərəcədə – 78,1% və ya 5 min TEU-dan çox artırıb.

Kokkola konteyner dövriyyəsini 4,5% (10,9 min TEU-ya qədər), Turku – 9,8% (3 min TEU-ya qədər) artırıb.

Raahe limanında konteyner dövriyyəsi 2022-ci illə müqayisədə 28,6% artaraq 180 TEU-ya çatıb.

“Seanews.az”