Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirində ASCO-nun komandası növbəti qələbəsini qazanıb

316

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında keçirilən II minifutbol turnirinin X turunun oyunları baş tutub.

D qrupunda mübarizə aparan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) komandası bu dəfə Energetika Nazirliyinin futbolçuları ilə üz-üzə gəlib. Bu qarşılaşmanın qalibi 9-0 hesabı ilə ASCO komandası olub.

Bununla da,  komandamız yarış ərzində 5-ci qələbəsini qazanaraq D qrupunun turnir cədvəlində ilk sıralarda yer alır.

Məlumat üçün bildirək ki, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının dəstəyi ilə təşkil edilən yarışda 52 dövlət qurumu mübarizə aparır. Turnir 2024-cü il mayın 6-dək davam edəcək.

seanews.az