Xəzərin səviyyəsinin kəskin enməsi Dərbənd sahillərində də müşahidə edilib – FOTO

268

Rusiya Federasiyasının Dərbənd şəhərində Xəzər dənizinin səviyyəsinin enməsi müşahidə edilir.

Dərbənd sakinləri qeyd edirlər ki, dünyanın ən böyük gölü son bir neçə il ərzində sahildən azı 100 metr uzaqlaşıb.

Qeyd edək ki, dənizin səviyyəsinin enməsi artıq Xəzər sahilində yerləşən bütün ölkələrdə müşahidə edilir. Mütəxəssislər bu prosesi təbii hesab edirlər. Bəzilər bunu qlobal istiləşmə, iqlim dəyişiklikləri ilə izah edir, bəziləri Xəzər suyunu formalaşdıran çayların suyunun azalması ilə əlaqələndirirlər.

Mənbə: “Moy Derbend” “Telegram” kanalı