“United Alliance Group”un “Həftədə bir qayda” rubrikası “Dənizdə Toqquşmaların Qarşısının Alınmasına dair Beynəlxalq Qaydalar haqqında 1972-ci il Konvensiyası” 9-cı Qaydanı təqdim edir.

442

Dənizdə Toqquşmaların Qarşısının Alınmasına dair Beynəlxalq Qaydalar haqqında Konvensiya,Qayda 9

Dar keçidlər

(a) Dar keçid və ya farvater boyu hərəkət edən gəmi, təhlükəsiz və praktiki cəhətdən mümkün qədər keçidin və ya farvaterin gəminin sağ bortuna yaxın olan kənar sərhədi ilə hərəkət etməlidir.

(b) Uzunluğu 20 metrdən az olan gəmi və ya yelkənli gəmi yalnız dar keçidin və ya farvaterin müəyyən həddi boyu təhlükəsiz hərəkət edə bilən gəminin hərəkətini çətinləşdirməməlidir.

(c) Balıq ovlayan gəmi dar keçidin və ya farvaterin həddi boyu hərəkət edən istənilən gəminin hərəkətini çətinləşdirməməlidir.

(d) Gəmi yalnız dar keçidin və ya farvaterin həddi boyu təhlükəsiz hərəkət edə bilən gəminin hərəkətini çətinləşdirməməkdən ötrü dar keçid və ya farvateri kəsməməlidir. Əgər dar keçid həddi boyu təhlükəsiz hərəkət edə bilən gəminin dar keçidi və ya farvateri kəsmək istəyən gəminin qəbul etdiyi tədbiri (məqsədi) ilə əlaqədar şübhəsi varsa, bu halda o, Qayda 34-ün (d) bəndində yazılmışsəs siqnalından istifadə edə bilər. (e) (i) Dar keçid və ya farvaterdə ötmə yalnız bir şərtlə mümkün ola bilər ki, ötülən gəmi ötən gəminin təhlükəsiz keçidini tam təmin edən tədbirlər görsün, ötmək istəyən gəmi öz məqsədini Qayda 34 (c) (i)-də göstərilmiş səs siqnalı ılə

(ii) Bu qayda ötmək məqsədində olan gəmini Qayda 13-ün tələblərini yerinə yetirmək məsuliyyətindən azad etmir.

(f) Gəmi, dar keçid və ya farvaterin döngəsinə və ya farvaterin maneələrə görə digər gəmilərin müşahidəsini bağlayan hissəsinə yaxınlaşan zaman xüsusi həssaslıq və ehtiyatla hərəkət etməlidirvə Qayda 34 (e) bəndində qeyd olunmuş müvafiq siqnalı verməlidir.

(g) Hər bir gəmi, əgər şərait imkan verirsə dar keçiddə lövbərə dayanmaqdan çəkinməlidir.