“Yaşıl dünya naminə həmrəylik ili” adlı Caspian Energy MeetUp baş tutdu

272

JW Marriott Absheron hotelində “Yaşıl dünya naminə həmrəylik ili” adlı Caspian Energy MeetUp baş tutdu. Əsas istiqamət iqlim dəyişiklikləri və təsirləri, alternativ enerjinin iqtisadiyyatda rolu, sənayenin inkişafı, ekoloji yönümlü xammala keçid, COP 29 mövzusunda idi.

AMEC şirkəti də qeyd olunan MeetUp-ın qızıl sponsorlarından biri idi. Şirkətin direktoru Rəşad Şəkərov spiker qismində iştirak edərək AMEC şirkətinin gəmilərdə alternativ enerjinin tətbiqi ilə bağlı layihəsi, bu layihənin bir gəmi üçün icra müddəti və mərhələləri, həmçinin beynəlxalq təcrübələr haqda danışdı.