Yelkənçilərimiz Qubada təşkil olunan İdman Paradında iştirak edirlər

400

5 Mart Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Gənclər və İdman Nazirliyi tərəfindən Qubada İdman Paradı keçirilir.

Azərbaycan idman ictimaiyyətinin nümayəndələri, idman veteranları, Olimpiya və Paralimpiya oyunlarının mükafatçıları, idman federasiyalarının nümayəndələri, İdman Səfirləri və idman həvəskarlarının qatıldığı paradda Azərbaycan Yelkən Federasiyası, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) “Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun məşqçi və idmançıları da iştirak edirlər.