Qırğızıstan IMO-ya üzv olub

244

Qırğızıstan Respublikası Beynəlxalq Dəniz Təşkilatına (IMO) üzv olub.

“Seanews.az” xəbər verir ki, Qırğızıstanın Beynəlxalq Dəniz Təşkilatının Konvensiyasını qəbul etməsi ilə bağlı sənədlərin saxlanması üçün BMT-nin Baş katibinə təhvil verilməsi fevralın 27-də baş tutub.

Qeyd edək ki, hazırda Beynəlxalq Dəniz Təşkilatının 176 üzvü var.