‘’United Alliance Group”da növbəti “Açıq qapı”

373

‘’United Alliance Group”da növbəti “Açıq qapı”

Hörmətli dənizçilər! Sizləri, dənizçilərin dünya sularına açılması və karyera yüksəlişi üçün dəstək proqramlı təşkil olunacaq növbəti “Açıq Qapı” tədbirinə dəvət edirik.

⚓ Görüş tarixi: 13, 14 və 15 mart saat 11:00

📌3 gün davam edəcək tədbirdə, şirkətin partnyorluq etdiyi “GN Group” şirkətinin insan resursları departamentinin direktoru Kapitan R. Erkan Erecek və “United Alliance Group” un Turkiyədəki nümayəndəsi Kapitan Əli Əliyev dənizçilərlə görüşəcək.

Nümayəndələr dənizçilik sahəsində şəffaflığın təmin edilməsi, aparılan işin səmərəliliyinin artırılması, peşə fəaliyyətinin daha da yaxşılaşdırılması məqsədilə onlarla təcrübələrini bölüşəcək.

Qeyd edək ki, bundan əvvəlki “Açıq qapı” çərçivəsində dənizçilərlə onları narahat edən bir sıra problemlərin həlli yolunda maarifləndirici söhbətlər aparılıb, onların cv nümunələrinə yerindəcə baxılaraq nəzərdən keçirilib. Bir neçəsi mövcud vakansiyalar üzrə gəmidə işlə təmin olunublar.

“Açıq qapı”da iştirak etmək istəyən dənizçilər öz CV nümunələri ilə qeyd edilən tarixlərdə saat 10:30-da “United Alliance Group”un ofisinə yaxınlaşa bilərlər.

Əlaqə: +994 512771931

Ünvan: Yusif Vəzir Çəmənzəminli küç 1996, Afen Plaza 2-ci mərtəbə 4-cü otaq

📌Bizi bütün sosial şəbəkələrdə izləyin.

🔗Whatsapp: https://unitedalliancegroup.com/az/page/whatsapp

🔗Telegram: https://unitedalliancegroup.com/az/page/telegram

🔗Facebook : https://unitedalliancegroup.com/az/page/facebook

🔗Instagram : https://unitedalliancegroup.com/az/page/instagram

🔗Linkedin : https://unitedalliancegroup.com/az/page/linkedin

🔗Tiktok : https://unitedalliancegroup.com/az/page/tiktok