Qazaxıstan və Türkiyə gəmiqayırma sahəsində əməkdaşlığı nəzərdən keçirir

210

Qazaxıstanın fövqəladə hallar naziri Çingiz Arinov Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyinin və gəmiqayırma şirkətlərinin nümayəndələri ilə görüşüb.

“Seanews.az” xəbər verir ki, iclasda təhlükəsizliyin təmin edilməsi və zəruri ehtiyatların, o cümlədən dənizdə texnogen çağırışlara cavab verə bilən gəmilərin saxlanılması məsələləri müzakirə edilib.

Görüş zamanı nazir qeyd edib ki, Türkiyə ən mühüm və etibarlı tərəfdaşlardan biridir. İki ölkə arasında ortaq tarixi və mədəni köklər bizim uzunmüddətli əlaqələrimizin əsasını təşkil edir. Ölkələrimiz arasında münasibətlərin digər mühüm istiqaməti gəmiqayırma sahəsində əməkdaşlıq ola bilər.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti qeyd edir ki, Türkiyə gəmiqayırma şirkəti yeni yaradılmış fövqəladə xilasetmə bölməsinin tapşırıqlarına uyğun müasir texnologiyalar təklif edir.

Görüşün nəticəsi olaraq Xəzər dənizində təhlükəsizliyin təmin edilməsi sahəsində qarşılıqlı əməkdaşlığa dair razılıq əldə olunub.