Novruz bayramınız mübarək – VİDEO

421

Elə əlamətdar hadisələr var ki, xüsusi günlərin sevincinə sevinc qatır.

Prezident İlham Əliyevin tapşırığı ilə tikilən və Ulu Öndər Heydər Əliyevin 100 illiyi ərəfəsində təhvil verilən dənizçilər binasının bütün sakinləri kimi, gəmi matrosu Məmməd Tağıyevin ailəsi də bu bayramın sevincini ikiqat yaşayanlardandır. Çünki bu onların yeni evlərində keçirdikləri ilk Novruz bayramıdır.