ADDA-da Elmi seminar keçirilib

255

Martın 28-də “Azərbaycan Dövlət Dəniz Akademiyası” PHŞ-nin “Tətbiqi mexanika” kafedrasında “Gəmi istilik mübadilə aparatlarının səmərəliliyinin optimallaşdırılması” mövzusunda elmi seminar keçirilib. Elmi seminarı “Tətbiqi mexanika” kafedrasının müdiri, professor Vaqif Həsənov açaraq “ADDA” PHŞ-nin rektoru Heydər Əsədova Akademiyada yaradılmış elmi mühitə görə seminar iştirakçıları adından təşəkkürünü bildirib.

Sonra seminarın sədri, elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektor, dosent Vüqar  Sadıqov gənc alimlər və tədqiqatçılar üçün belə elmi tədbirlərin əhəmiyyətindən danışıb, respublikamızda elmi fəaliyyətə qayğının ölkə rəhbərliyi səviyyəsində prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb. Qarabağda gündən-günə geniş vüsət alan möhtəşəm quruculuq işlərinin dövlət başçısı İlham Əliyevin bilavasitə nəzarəti altında innovativ texnologiyalar əsasında həyata keçirilməsindən ətraflı söhbət açıb, seminar iştirakçılarına uğurlar arzulayıb.

“Tətbiqi mexanika” kafedrasının assistenti Elvin İbrahimli mövzu ətrafında çıxış edərək ASCO-nun gəmilərində istismar olunan istilik mübadilə aparatları haqqında geniş məlumat verib və bu aparatların istifadəsi zamanı yaranan problemlərdən, onların aradan qaldırılması yollarından danışıb.

Seminara yekun vuran professor Vaqif Həsənov elmi nəzəriyyənin praktikaya tətbiqinin, alınan nəticələrin səmərəliliyinin əhəmiyyətini seminar iştirakçılarının diqqətinə çatdırıb.

adda.edu.az