Şimal dənizində bir tonluq mina zərərsizləşdirilib

179

Şimal dənizində İkinci Dünya müharibəsindən qalmış bir tonluq mina zərərsizləşdirilib.

Trend-in məlumatına görə, patrul gəmisi minanı sahilə yaxın ərazidə dənizin dərinliyini ölçərkən aşkar edib.

Almaniyaya məxsus minanın zərərsizləşdirilməsi üçün geniş radiusda ərazi boşaldılıb. Mina dənizin dərinliyinə daşınaraq zərərsizləşdirilib.