İran İsraillə əlaqəli yük gəmisini ələ keçirməsinin səbəbini açıqladı

170

İran İsraillə əlaqəli “MSC Aries” gəmisini dəniz qanunlarını pozduğuna görə saxlamaq qərarına gəlib.

Bu barədə İİR Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani məlumat verib.

“İran Hörmüz boğazında və Fars körfəzində naviqasiya təhlükəsizliyini təmin etmək üçün daim çalışır. Lakin adıçəkilən gəmi dəniz qanunvericiliyini pozduğuna və İran hakimiyyətinin tələblərinə məhəl qoymadığına görə İranın ərazi sularına göndərilib”, – deyə o, mətbuat konfransında bildirib.

Xatırladaq ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında Portuqaliya bayrağı altında üzən və israilli milyarder Eyal Oferin sahibi olduğu “Zodiac Group” şirkətinə məxsus “MSC Aries”i ələ keçirib. Yük gəmisi hazırda İranın ərazi sularına doğru hərəkət edib.