Şri-Lanka dəniz yolu ilə səyahət edənlər üçün onlayn viza sisteminin tətbiqinə başlayıb

137

Şri-Lanka hakimiyyəti dəniz yolu ilə səyahət edənlər üçün onlayn vizaların verilməsi mexanizmini işə salıb.

Trend-in məlumatına görə, bu barədə “Daijiworld” nəşri xəbər verib.

“Şri-Lankanın İmmiqrasiya və Mühacirət Departamenti ölkəyə dəniz yolu ilə daxil olan səyahətçilər üçün onlayn viza sistemi tətbiq edib. Viza turistlərə 4 gün müddətinə verilir və Şri Lankaya gəlməmişdən əvvəl rəsimləşdirilməlidir”, – deyə bildirilib.

Qeyd olunub ki, onlayn vizanın qiyməti 25 dollar təşkil edir.