BAKI LİMANINDA VAKANSİYA!

271

Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru (kranlar üzrə) – Yükaşırma avadanlıqlarına xidmət departamenti

Struktur vahidinin adı

Yükaşırma avadanlıqlarına xidmət departamenti

Struktur bölmənin adı

Portal kran qrupu

İş rejimi

Gündəlik

Vakansiyaya müraciət üçün son tarix

28-04-2024

İş yerinin ünvanı

Ələt

Şərtlər

Elektrik montyoru vəzifəsinin profilinə aşağıdakılar daxildir:

–       Elektrotexnika vəya Nəzarət ölçü alətləri və avtomatlaşdırma ixtisasları üzrə orta təhsil (və bənzər ixtisaslar arzuolunandır);

–       Elektrik iş sertifikatı (diplom);

–       Sahə üzrə 3 il iş təcrübəsi;

–       MS ofis proqramları, PLC və çevirci mühərrik idarəetmə sistemlərini bilmək;

–       Hündürlükdə iş bacarığı (55 metr);

–       İngilis dili arzuolunandır.

BİLMƏLİDİR:

–       Portal kranlarda olan elektrik avadanlıqların texniki istismar qaydalarını;

–       Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydalarını;

–       Elektrik qurğularının quraşdırılması qaydalarını;

–       Elektrik qurğularında tətbiq olunan kollektiv və fərdi mühafizə vasitələrindən istifadə və onların sınaq qaydalarını;

–       Limanın portal kranlarının elektrik təchizat sxemini və qidalanmasını;

–       Elektrik qurğu və avadanlıqların tipini, şərti işarələrini və təyinatını;

–       Portal kranlarda olan elektrik avadanlıqların konstruksiyalarını;

–       Elektrik naqillərinin lehimlənməsi və dəyişdirilməsi üsullarını;

–       Portal kranlarda olan elektrik avadanlıqlarının texniki parametrlərini;

–       Kranlarda olan sabit və dəyişən cərəyan sistemlərinin sxemlərini və iş prinsiplərini;

–       Portal kranlarda yerləşən elektrik qurğu və avadanlıqlarının düzgün və etibarlı vəziyyətdə olmasını bilmək və izləmək.

DAVRANIŞ BACARIQLARI:

–       Nizam-intizam;

–       Məsuliyyət;

–       İşi təqib etmə;

–       Təhlil etmə;

–       Qərar vermə;

–       Detallara diqqət.

Öhdəliklər

–       Portal kranda yerləşən elektrik qurğu və avadanlıqların düzgün və etibarlı vəziyyətdə olmasını yoxlamaq və nəzarətdə saxlamaq;

–       Portal kranların elektrotexniki avadanlıqlarının avtomatika və telemexanika cihazlarının sxem və quruluşlarını yoxlamaq,  nasazlıqları aradan qaldırmaq;

–       İş üçün lazım olan nişanlanmış alətlərlə və təhlükəsizlik texnikası üzrə vasitələrlə daim onları işlək vəziyyətdə saxlamaq;

–       Portal kranlarda nəzarət ölçü cihazlarını yoxlamaq və dəyişdirmək;

–       Portal kranların tozdan və digər istismar dövrünü qısaldacaq amillərdən qorunmasında və önləyici tədbirlər görülməsində birbaşa iştirak etmək;

–       Portal kranların işıqlanmasını, həmçinin kranda olan elektrik avadanlıqlarında yarana biləcək qüsurların aradan qaldırılmasını təşkil etmək;

–       Bütün elektrik təchizatı və elektrik avadanlıqlarının montajı, demontajı, avadanlıqların quraşdırılması kimi işlərdə birbaşa iştirak etmək;

–       Enerji avadanlıqlarının təkmilləşdirilməsinə dair səmərələşdirici təkliflər və ixtiralar üzrə rəylər vermək və qəbul edilmiş təkliflərin tətbiqini təşkil etmək.

Source: http://cvportal.portofbaku.az/index.php?r=candidates/register