ASCO əməkdaşları arasında basketbol turniri keçirilib

182

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşları arasında basketbol turniri keçirilib.

Gərgin keçən mübarizədə I yeri “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun komandası, II yeri “Bibiheybət” Gəmi Təmiri Zavodunun komandası, III yeri “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun digər komandası tutub.

Qalib komandalara diplom və hədiyyələr verilib.

Yarışın keçirilməsində məqsəd əməkdaşların asudə vaxtını səmərəli təşkil etmək, onların fiziki sağlamlığını möhkəmləndirmək, idmana maraqlarını daha da artırmaqdan ibarətdir.