Tayvanda “odda yanmaz, suda batmaz” gəmi tikilib – VİDEO

291

Tayvanın yerli “Lungteh Shipbuilding Company” gəmiqayırma zavodunda inşa edilən yanğınsöndürən gəmini “odda yanmaz, suda batmaz” da hesab etmək olar.

“Seanews.az” xəbər verir ki, gəminin videosu sosial şəbəkə istifadəçiləri arasında qızğın müzakirələrə səbəb olub.

Videoda suda 360 dərəcə fırlanan yanğınsöndürmə gəmisinin sınağı göstərilir, bundan sonra o, avtomatik olaraq 10 saniyədən az müddətdə ilkin vəziyyətinə qayıdır.

Qeyd edək ki, bu funksiya daha çox xilasedici qayıqlara xasdır.

Yanğınsöndürmə gəmisinin sınaqlar Suao limanında baş tutub.

Gəminin sifarişçisinin adı açıqlanmır.