Ukraynadan Misirə üzən və saya oturan yük gəmisi xilas edilib – YENİLƏNİB + FOTO

147

Ukraynadan Misirə üzən və “Haydarpaşa Mendireği” qarşısında saya oturan 229 metr uzunluğundakı “ALEXIS” adlı yük gəmisi xilas edilib.

Gəmini xilas etmək üçün Nəqliyyat və İnfrastruktur Nazirliyinin Sahil Təhlükəsizliyi Baş İdarəsinə tabe olan “KURTARMA-6”, “KURTARMA-8”, “KURTARMA-18” yedək gəmiləri, “KEGM-4”, “KEGM-6” sürətli xilasetmə katerləri və dalğıclar gəmilərə göndərilib.

Sahil mühafizəsi və dəniz polisi də daxil olmaqla qrupların uzun sürən işi nəticəsində gəmi olduğu yerdən xilas edilib.

İstanbul boğazında hər iki istiqamətdə gəmilərin hərəkəti dayandırılıb.

Sahil Təhlükəsizliyi Baş Müdirliyinin sosial media hesabında edilən açıqlamada Ukraynadan Misirə üzən “Alexis” adlı 229 metr uzunluğunda yük gəmisinin “Haydarpaşa Mendireği” qarşısında saya oturduğu bildirilib.

Mənbə: TRT Haber