Bu şəxslərin maaşlarına aylıq əlavələr müəyyənləşdi

1181

Nazirlər Kabineti “Dəniz nəqliyyatında xarici daşımaçılıqla məşğul olan ticarət donanmasının heyət üzvlərinə vəzifə maaşlarına verilən aylıq əlavə pul təminatının yuxarı həddinin məbləği”nin təsdiq edib.

İqtisadiyyat.az-ın xəbərinə görə, qərara əsasən, dəniz nəqliyyatında xarici daşımaçılıqla məşğul olan ticarət donanmasının heyət üzvlərinə vəzifə maaşlarına verilən aylıq əlavə pul təminatının yuxarı həddinin məbləği aşağıdakı kimi olacaq:

Sıra№-si Vəzifələrin adıGəmilərin qrupu üzrəödənişin məbləği (ABŞ dolları ilə)
 1-456 və yuxarı
1.Kapitan198020702250
2.Baş (böyük) mexanik189019802160
 3.Kapitanın böyük köməkçisi, 2-ci mexanik, böyük (1-ci)elektromexanik, elektromexanik 1710 1800 1890
 4.Kapitanın 2-ci köməkçisi, kapitanın sərnişin üzrə köməkçisi, radiomütəxəssis, 3-cü mexanik,2-ci elektromexanik 1620 1710 1800
5.Komandir heyətinin başqa üzvləri, bosman, donkerman144016201710
6.Sıravi heyət (bosman, donkerman istisna olmaqla)135013501350

Dəniz nəqliyyatında xarici daşımaçılıqla məşğul olan ticarət donanmasının heyət üzvlərinin vəzifə maaşlarına aylıq əlavə pul təminatı faktiki iş günlərinə uyğun müəyyən edilir.

Xəzərdənkənar hövzələrdə üzən ticarət donanmasının heyət üzvlərinin vəzifə maaşlarına aylıq əlavə pul təminatının məbləği cədvəldə nəzərdə tutulan məbləğlərə 1,5 əmsal tətbiq olunmaqla hesablanır.

Eyni zamanda Nazirlər Kabineti müvafiq olaraq “Dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin müəyyən edilməsi haqqında” qərarda dəyişiklik edib.

https://nk.gov.az/az/senedler/qerarlar/deniz-neqliyyatinda-xarici-dasimaciliqla-mesgul-ol-8051