Bakı Limanı Niderlandda keçirilən “Breakbulk Europe” sərgisində təmsil olunur

223

Niderlandın Roterdam şəhərində keçirilən “Breakbulk Europe” logistika sərgisində Bakı Limanı da iştirak edir. 126 ölkədən, 600 dən çox aparıcı liman, nəqliyyat və logistika şirkətlərinin təmsil olunduğu sərgidə iştirak üçün on bir mindən çox ziyarətçi qeydiyyatdan keçib. Sərgidə Bakı Limanının təqdim etdiyi xidmətlər barədə yük sahiblərinə və beynəlxalq logistika şirkətlərinin rəsmilərinə ətraflı məlumat təqdim edilir, limandan keçən beynəlxalq nəqliyyat dəhlizlərindəki son yeniliklərlə bağlı məlumat verilir.

Sərgi çərçivəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi və Bakı Limanına əlavə yükün cəlbi üçün bir sıra logistika şirkətlərinin rəhbər şəxsləri ilə görüşlərin keçirilməsi də nəzərdə tutulur.