Xüsusi hazırlıq şəhadətnamələrinin ilk dəfə verilməsi üçün imtahan protokollarına aşağıdakı sənədlər əlavə olunur:

138

Xüsusi hazırlıq şəhadətnamələrinin ilk dəfə verilməsi üçün imtahan protokollarına aşağıdakı sənədlər əlavə olunur:

şəxsiyyətini təsdiq edən sənədin əsli;

Agentlik tərəfindən uyğunluq haqqında şəhadətnamə verilmiş tibb müəssisələrindən etibarlılıq müddəti 3 (üç) aydan az olmayan dənizçinin tibbi şəhadətnaməsi;

peşəsi haqqında nəzəri və ya işçi diplom;

3×4 sm ölçüdə, rəngli, ağ fonda fotoşəkil 2 (iki) ədəd (son 3 ayda çəkilmiş);

dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədin əsli.

praktiki hissənin qiymətləndirmə nəticəsinə dair sənədli sübutlar;

xüsusi hazırlıq şəhadətnamələrinin kurslarda iştirak etmədən yenilənməsinə dair Agentlikdə təşkil olunan imtahanlarda iştirak etmək istəyən şəxs aşağıdakı sənədləri təqdim etməlidir:

şəxsiyyəti təsdiq edən sənəd;

Agentlik tərəfindən uyğunluq haqqında şəhadətnamə verilmiş tibb müəssisələrindən etibarlılıq müddəti 3 (üç) aydan az olmayan dənizçinin tibbi şəhadətnaməsi;

təhsilə dair sənəd və ya sertifikat (diplom);

yenilənən xüsusi hazırlıq şəhadətnaməsinin əsli;

müvafiq təyinatlı gəmi üzrə son 5 (beş) ildə 12 (on iki) ay və ya son 6 (altı) ayda 3 (üç) ay təsdiqlənmiş dənizdə üzmə stajına dair sənədlər;

dənizçinin qeyd kitabçası.

ümumvətəndaş pasportu və ya dövlət sərhəddindən hərəkət barədə sənəd.

3×4 sm ölçüdə, rəngli, ağ fonda fotoşəkil 2 (iki) ədəd (son 3 ayda çəkdirilmiş);

dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədin əsli.

Namizəd təyin olunmuş imtahan vaxtından gec gəldikdə imtahana buraxılmır.

İmtahanın nəticəsi imtahan protokolu ilə rəsmiləşdirilir.

Etibarlılıq müddətinin bitməsindən 24 (iyirmi dörd) ay və daha artıq müddət keçmiş Xüsusi hazırlıq şəhadətnaməsinin yenilənməsi üçün müraciət edən şəxs təlim tədris mərkəzlərində müvafiq xüsusi hazırlıq kursunda iştirak etməlidir.

Source:https://www.facebook.com/said.orucov.52