Bu gün səhər London birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 2,75 faiz artaraq 109,52 dollara, Nyu-York birjasında isə WTI markalı neftin bir barelinin qiyməti 2,1 faiz yüksələrək 97,52 dollara çatıb.
Azərbaycanın “Azeri Light” markalı neftinin bir bareli isə 113,85 dollardan satılır.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazının açılması ilə bağlı irəli sürdüyü təklifi qəbul etməyib.
“The New York Times” qəzetində dərc olunan analitik məqalədə qeyd edilir ki, ABŞ prezidentinin əsas məqsədi İranın nüvə proqramının tamamilə ləğv olunmasına nail olmaqdır. Rəsmi Tehran isə bu tələbi qəti şəkildə qəbul etmək istəmir.
Bütün bunlar Hörmüz boğazının açılması istiqamətində aparılan cəhdlərin nəticəsiz qalmasına səbəb olub. Nəticədə yaranmış qeyri-müəyyənlik və risklər treyderlər üçün neft qiymətlərinin daha da yüksəlməsi üçün əlverişli şərait yaradıb.





