Hörmüzdə iki aydan sonra ilk LNG keçidi

97

Gəmi izləmə məlumatlarına əsasən, Birləşmiş Ərəb Əmirliklərinin Das adasında mart ayının əvvəlində yükləmə həyata keçirən “Mubaraz” adlı LNG tankeri blokadanı keçərək Hindistanın cənub sahillərinə çatıb.

Məlumata görə, tanker martın əvvəlində yükləməni tamamladıqdan sonra bir müddət Körfəzdə gözləmə rejimində qalıb, 31 mart tarixində isə transponder siqnallarını ötürməyi dayandırıb.

Təxminən 4 həftə radar müşahidəsindən kənarda hərəkət edən tanker, 27 aprel tarixində Hindistanın qərb sahilləri yaxınlığında yenidən siqnal verərək təhlükəsiz sulara çatdığını təsdiqləyib.

Hazırda tankerin marşrutu Çində yerləşən terminala istiqamətlənib və yükün 15 may tarixində təyinat məntəqəsinə çatacağı gözlənilir.

Qeyd olunur ki, Hörmüz boğazı kimi yüksək riskli ərazilərdə gəmilərin yerlərinin müəyyən olunmaması və ya hər hansı müdaxilə riskinin qarşısını almaq məqsədilə transponderlərin söndürülməsi artıq standart böhran prosedurlarından birinə çevrilib.