28 aprel – Əməyin mühafizəsi günü münasibətilə ADY-nin Bakı Limanının əməliyyat sahəsində çalışan əməkdaşları üçün maarifləndirmə tədbiri təşkil olunub.
Tədbir çərçivəsində SƏTƏM departamentinin mütəxəssisləri tərəfindən əməyin mühafizəsi qaydaları, təhlükəsizlik tədbirləri və iş mühitində risklərin azaldılması ilə bağlı mühüm məqamlar iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirin əsas məqsədi əməkdaşlarda təhlükəsizlik mədəniyyətini gücləndirmək, SƏTƏM qaydalarına tam riayət olunmasını təşviq etmək və iş mühitində təhlükəsizliyin daha da artırılmasını təmin etməkdir.
Qeyd edək ki, Bakı Limanı üçün SƏTƏM qaydalarına riayət olunması, işçilərin sağlamlığının qorunması və təhlükəsiz fəaliyyəti hər zaman əsas prioritetlərdən biridir.






