Yapon tankerinin Hörmüz hərəkəti diqqət çəkdi

67

Yaponiyaya məxsus xam neft daşıyan tanker Hörmüz boğazından keçib.

Təxminən 2 milyon barel neft daşıyan tanker İran tərəfindən icazə alaraq strateji boğazı təhlükəsiz şəkildə keçib.

Panama bayrağı altında üzən və Yaponiyanın “Idemitsu Kosan” şirkəti tərəfindən idarə olunan “Idemitsu Maru” adlı tankere mart ayının əvvəlində Səudiyyə Ərəbistanının limanında neft yüklənib. Tanker 27 aprel tarixində Hörmüz boğazına doğru hərəkət edib.

Yaponiyanın Yaxın Şərq neftindən asılılığı yüksəkdir və ölkənin xam neft idxalının böyük hissəsi məhz Hörmüz boğazı üzərindən daşınır.