AZCON Holding-in icraçı direktoru Şahin Babayev ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi Limanlar Qrupunun (AD Ports Group) Mərkəzi Asiya və Şərqi Avropa üzrə regional icraçı direktoru Əbdüləziz Zayed Əl-Şəmsinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Görüş zamanı nəqliyyat və logistika infrastrukturu sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Eyni zamanda, logistika sahəsində rəqəmsal həllərin tətbiqi üzrə mövcud vəziyyət nəzərdən keçirilib, birgə investisiya imkanları ilə bağlı təkliflər ətrafında fikir mübadiləsi aparılıb.
AZCON.






