AZCON Holding nümayəndə heyəti İstanbulda işgüzar görüşlər keçirir

136

AZCON Holding şirkətlərindən olan Bakı Gəmiqayırma Zavodunun İdarə heyətinin sədri Ruslan Talıbovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının İstanbul şəhərinə işgüzar səfər edib.

Səfər çərçivəsində Türkiyənin #gəmiqayırma sənayesində fəaliyyət göstərən aparıcı şirkət və tərsanələrlə bir sıra görüşlər təşkil olunub. Keçirilən görüşlər zamanı potensial əməkdaşlıq istiqamətləri, peşəkar təlim imkanları, təchizat zənciri və müasir dizayn yanaşmaları üzrə geniş müzakirələr aparılıb, qarşılıqlı təcrübə mübadiləsi həyata keçirilib.

Səfərin əsas məqsədi qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, strateji tərəfdaşlıqların inkişaf etdirilməsi və gəmiqayırma sahəsində institusional biliklərin gücləndirilməsi olub.

#AZCON#BGZ#BakıGəmiqayırmaZavodu