2025-ci ildə Azərbaycanda dəniz nəqliyyatı ilə yük və sərnişin daşınmasından 259,5 milyon manat gəlir əldə olunub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici 2024-cü illə müqayisədə 8,1% artım deməkdir.
Hesabat dövründə dəniz nəqliyyatı ilə yüklərin daşınmasından əldə edilən gəlirlər 259,229 milyon manat təşkil edib. Bu da ötən illə müqayisədə 8,4% çoxdur.
Eyni dövrdə sərnişin daşımalarından əldə olunan gəlir isə 265 min manat olub ki, bu da 2024-cü illə müqayisədə 75,6% azalma deməkdir.
2025-ci il ərzində Azərbaycanda dəniz nəqliyyatı ilə ümumilikdə 9,090 milyon ton yük (5,4% artım) və 25,5 min sərnişin (10,2% azalma) daşınıb.





