Türkiyədə gəmi saya oturdu

112

Kamerun bayrağı altında üzən “Ninova” adlı yük gəmisi Türkiyənin Karasu şəhəri yaxınlığında, Mərmərə dənizində saya oturub.

Bu barədə “İhlas” xəbər agentliyi məlumat yayıb.

Gəminin göyərtəsində 8 dənizçi olduğu bildirilir. Hadisə yerinə sahil mühafizəsi qüvvələri cəlb olunub və ekipaj üzvlərinin təxliyəsi, eləcə də gəminin sayadan çıxarılması istiqamətində əməliyyat həyata keçirilir.

83 metrlik gəminin Mərmərə dənizində müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən idarəetməni itirdiyi qeyd olunur. Kapitanın göndərdiyi yardım siqnalından sonra əraziyə sahil mühafizəsinin katerləri və yedəkçi gəmi yönləndirilib.

Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə rəsmi məlumat verilməyib.

Türkiyənin şimal-qərbində, o cümlədən Mərmərə bölgəsində aprelin 30-dan etibarən hava şəraitinin pisləşəcəyi ilə bağlı əvvəlcədən xəbərdarlıq edilmişdi.