Bakı buxtasında yelkənlər açıldı

278

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan yelkən idmanı üzrə “Prezident Kuboku”na start verilib.

Bakı buxtasında təşkil olunan yarış yerli vaxtla saat 11:00-da başlayıb.

Turnirdə 30-dan çox idmançı mübarizə aparır. Yarışlar yeniyetmələr arasında “Optimist”, gənclər arasında isə ILCA4 kateqoriyaları üzrə keçirilir.

Yarışlara bu gün yekun vurulacaq.

Bundan əvvəl Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan avarçəkmə və kanoe üzrə “Prezident Kuboku-2026” yarışları keçirilib. Reqata ilk dəfə Sərsəng su anbarında start götürüb, daha sonra Suqovuşan və Mingəçevirdə davam edib. Azərbaycan komandası yarışları 2 qızıl, 3 gümüş və 4 bürünc medalla başa vurub.