Pirat hücumu: neft tankeri ələ keçirildi

108

“M/T EUREKA” neft tankeri Yəmən sahillərində naməlum silahlı şəxslərin hücumuna məruz qalaraq ələ keçirilib.

Bu barədə Yəmən Sahil Mühafizəsi məlumat yayıb.

Hadisə Şabva əyaləti yaxınlığında qeydə alınıb. Toqo bayrağı altında üzən və 2006-cı ildə inşa olunmuş tanker ələ keçirildikdən sonra Ədən körfəzi istiqamətində, Somali sahillərinə doğru hərəkət edib.

Tankerin hazırkı yeri müəyyən edilib və ekipajın təhlükəsizliyinin təmin olunması üçün müvafiq tədbirlər görülür.