Hindistan yükü daşıyan gəmi təhlükəsiz keçdi

106

Marşal Adaları bayrağı altında üzən və göyərtəsində Hindistan yükü olan “MT Sarv Shakti” mayeləşdirilmiş təbii qaz (MTQ) tankeri Hörmüz boğazını təhlükəsiz şəkildə keçib.

18-i Hindistan vətəndaşı olmaqla 20 nəfərdən ibarət ekipajın idarə etdiyi gəmi 46 313 ton MTQ daşıyır. Tankerin mayın 2-də boğazı keçdiyi və mayın 13-də Hindistanın Vişakhapatnam limanına çatmasının gözlənildiyi bildirilir.

Bölgədə davam edən gərginlik fonunda bəzi tankerlərin Hörmüz boğazından keçidi zamanı təhlükəsizlik riskləri ilə üzləşdiyi qeyd olunur. Bununla belə, “MT Sarv Shakti”nin keçidi problemsiz baş tutub.

İran tərəfinin daha əvvəl dost ölkələrə Hörmüz boğazından keçid üçün icazə verildiyini açıqladığı xatırladılır. Bu siyahıya Rusiya, Hindistan, İraq, Çin və Pakistan daxil edilib.

Sənədlərə əsasən, tankerin yükünün alıcısı kimi Hindistanın “Indian Oil Corp.” dövlət şirkəti göstərilib. Məlumata görə, bu reys münaqişə şəraitində həyata keçirilən ən iri MTQ daşımalarından biri hesab olunur.