İki Rusiya tankeri vuruldu

104

Ukrayna Novorossiysk limanı akvatoriyasında Rusiyaya məxsus iki neft tankerinin hədəfə alındığını açıqlayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında yayımladığı məlumatda bildirib ki, həmin gəmilər neft daşımalarında fəal şəkildə istifadə olunub və “kölgə donanması”nın tərkibinə daxil edilib.

Onun sözlərinə görə, Ukrayna qüvvələri Rusiyanın neft logistika şəbəkəsinə qarşı əməliyyatları davam etdirir. “Döyüşçülərimiz Rusiyanın kölgə neft donanmasına qarşı sanksiyaların tətbiqini davam etdirirlər. Novorossiysk limanının giriş akvatoriyasında bu tip iki gəmi vurulub”, – deyə Zelenski qeyd edib.

Hadisənin detalları və zərərin həcmi ilə bağlı əlavə rəsmi məlumat hələlik açıqlanmayıb.