Növbəti uğur ASCO-dan gəldi

270

Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku 2026” turnirinə yekun vurulub.

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan yarışda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Xəzər Yelkənli Qayıqlar İdman Klubu”nun üzvləri uğurlu nəticələr əldə ediblər.

Əmir Ələkbərov “ILCA 4.7” sinfi üzrə üçüncü yerə layiq görülüb. “Optimist” sinfi üzrə yeniyetmələrin yarışında isə Gülistan Elif Gözəl ikinci, Dmitri Petrenko üçüncü yeri tutub.

Turnir ölkədə yelkən idmanının inkişafına dəstək göstərilməsi və gənc idmançıların bacarıqlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.