“Suraxanı” gəmi-muzeyi xarici qonaqları qəbul etdi

94

Ziyarət çərçivəsində qonaqlara muzey haqqında ətraflı məlumat təqdim olunub. Bildirilib ki, “Suraxanı” tankerinin gəmi-muzeyə çevrilməsi zamanı Böyük Britaniya, Niderland və Türkiyə kimi zəngin gəmiçilik ənənələrinə malik ölkələrin təcrübəsindən istifadə edilib. Layihənin beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilməsi məqsədilə 100-dən çox nüfuzlu yerli və xarici şirkətlə əməkdaşlıq olunub.

Daha sonra ziyarətçilər Azərbaycan və dünya gəmiçilik tarixini, eləcə də dənizçilik ənənələrini əks etdirən ekspozisiya zalları ilə tanış olublar. Muzeydə nümayiş etdirilən eksponatlar, zalların memarlıq həlli və tətbiq olunan innovativ yanaşmalar qonaqların xüsusi marağına səbəb olub.

1–3 may tarixlərində Bakıda keçirilən Beynəlxalq Xalça Festivalında Azərbaycanla yanaşı, müxtəlif ölkələrdən xalçaçılar, istehsalçılar, sənət nümayəndələri və sahə üzrə mütəxəssislər iştirak ediblər.