İran Silahlı Qüvvələri Hörmüz boğazından keçməyə cəhd edən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərə xəbərdarlıq atəşi açıb.
Bu barədə İran dövlət televiziyası rəsmi mənbələrə istinadən açıqlama yayıb. Bildirilir ki, ilkin xəbərdarlıqlara məhəl qoyulmaması səbəbindən ABŞ esmineslərinin yaxınlığına qanadlı raketlərlə xəbərdarlıq atəşi açılıb və pilotsuz uçuş aparatları havaya qaldırılıb.
Bundan əvvəl də İranın “Fars” xəbər agentliyi tərəfindən Hörmüz boğazını keçməyə cəhd edən ABŞ hərbi gəmisinə qarşı oxşar xəbərdarlıq tədbirlərinin görüldüyü barədə məlumat yayılmışdı.
Hadisə ilə bağlı əlavə detallar və tərəflərin rəsmi mövqeləri dəqiqləşdirilir.





