Nazir müavini gənclərlə bir arada

64

ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər davam etdirilir. Növbəti tədbir çərçivəsində elm və təhsil nazirinin müavini Firudin Qurbanov gələcəyin dənizçiləri ilə görüşüb.

ADDA-nın rektoru vəzifəsini icra edən Eldar Qocayev Firudin Qurbanovun ölkənin təhsil sisteminin inkişafına verdiyi töhfələri və zəngin pedaqoji təcrübəsini vurğulayaraq tələbələri onun dəyərli tövsiyələrindən faydalanmağa çağırıb.

Çıxışında Firudin Qurbanov Ümummilli Lider Heydər Əliyevin dövlət quruculuğu, iqtisadiyyat və mədəniyyət sahələrində göstərdiyi müstəsna xidmətlərdən danışıb, onun strateji qərarlar qəbul etmək bacarığı və milli maraqlara sadiqliyini xüsusi qeyd edib.

Daha sonra nazir müavini tələbələrin suallarını cavablandırıb. Müzakirələrdə xaricdə təhsil imkanları, süni intellektin tədris prosesində rolu, dənizçilik peşəsinin ölkə və dünya miqyasında əhəmiyyəti, eləcə də ümumi təhsil sisteminin qarşısında duran vəzifələr barədə geniş fikir mübadiləsi aparılıb.

ADDA.