Fransa Silahlı Qüvvələrinin Baş Qərargahı “X” sosial şəbəkəsində yaydığı məlumatda aviadaşıyıcı qrupun Qırmızı dəniz və Ədən körfəzi istiqamətində hərəkət etdiyini açıqlayıb.
Bu qərar Hörmüz boğazı və ətraf regionda dəyişən beynəlxalq vəziyyət fonunda operativ hazırlığın gücləndirilməsi məqsədi daşıyır.
“BFMTV” telekanalının məlumatına görə, bu manevr gələcəkdə mümkün çoxmillətli əməliyyatlara daha sürətli reaksiya vermək və qüvvələrin yerləşdirilmə müddətini azaltmaq məqsədi daşıyır.
Yelisey sarayı qeyd edib ki, Fransa hərbi qüvvələrinin regiona cəlb olunması koalisiya çərçivəsində dəniz təhlükəsizliyinin qorunmasına hazırlığın nümayişidir. Plan üzrə “Şarl de Qoll” aviadaşıyıcısının bölgədə müttəfiq qüvvələrlə birləşməsi nəzərdə tutulur.
Fransa Müdafiə Nazirliyi isə bildirib ki, bu yerləşdirmə əməliyyat şəraitinin qiymətləndirilməsinə və dəniz ticarətinin təhlükəsizliyi üçün alternativ tədbirlərin hazırlanmasına imkan yaradacaq.





