Blokada təsiri: gəmilər boğazda qaldı

71

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində yaydığı məlumatda Hörmüz boğazı ətrafında həyata keçirilən əməliyyatlar barədə yeni statistik göstəricilər açıqlayıb.

İndiyədək 52 ticarət gəmisi tələblərə riayət olunması məqsədilə ya geri döndərilib, ya da limana qaytarılıb.

Vaşinqton aprelin 13-də Hörmüz boğazının blokadaya alındığını elan edib. Daha sonra ABŞ Prezidenti Donald Tramp Hərbi Dəniz Qüvvələrinə boğaz ərazisində mina yerləşdirməyə cəhd edən istənilən gəmiyə xəbərdarlıq etmədən cavab atəşi açmaq və onu zərərsizləşdirmək barədə göstəriş verib.

ABŞ Qərargah Rəisləri Birləşmiş Komitəsinin sədri Den Keynin sözlərinə görə, blokada səbəbindən 1 550-dən çox gəmidə olan təxminən 22 500 dənizçi hazırda Fars körfəzini tərk edə bilmir.