Körfəzdə yeni hərbi insident

81

ABŞ Silahlı Qüvvələri Oman körfəzində İran bayrağı altında üzən “Hasna” tankerinə qarşı əməliyyat həyata keçirdiyini açıqlayıb.

Bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı məlumatda bildirilib.

Açıqlamaya görə, mayın 6-da İran limanına doğru hərəkət edən tanker çoxsaylı xəbərdarlıqlara baxmayaraq marşrutunu dəyişməyib. Bundan sonra ABŞ qüvvələri “Abraham Lincoln” aviadaşıyıcısından havaya qalxan “F/A-18 Super Hornet” qırıcı-bombardmançısı vasitəsilə tankerin sükan idarəetmə sistemini hədəfə alıb.

CENTCOM-un məlumatında qeyd olunur ki, həyata keçirilən əməliyyat nəticəsində “Hasna” tankeri İran istiqamətində hərəkətini davam etdirə bilməyib.

Hadisə ilə bağlı İran tərəfi hələlik rəsmi açıqlama verməyib.