Tunis sahillərində mürəkkəb əməliyyat başa çatdı

103

Ötən il Aralıq dənizində, Tunisin Bizert bölgəsində saya oturmuş “Ocean Valiant” qazma qurğusu yenidən üzmə vəziyyətinə gətirilib. Bir ildən artıq davam edən hazırlıq prosesindən sonra tunisli xilasedicilər mayın 5-də qurğunu qayalıqlardan çıxarmağa müvəffəq olublar.

1988-ci il istehsalı olan qurğu 2025-ci ilin  yanvarında sökülmək üçün Türkiyəyə aparılarkən fırtınaya düşmüşdü. Hava şəraitinin pisləşməsi nəticəsində yedək kəndiri qırılmış, Tunis Hərbi Dəniz Qüvvələrinin və Sahil Mühafizəsinin müdaxilə cəhdlərinə baxmayaraq qurğu qayalıqlara çırpılaraq saya oturmuşdu.

Qəzadan dərhal sonra əlverişsiz hava şəraiti xilasetmə işlərini qeyri-mümkün etsə də, xoşbəxtlikdən xəsarət alan olmamış və ətraf mühitə ziyan dəyməmişdi.

Yerli medianın məlumatına görə, “Ocean Valiant” artıq söküləcəyi son mənzilə doğru yoluna davam edir.

Seanews.az