ABŞ gəmisi hədəfə alındı

163

İrana məxsus pilotsuz uçuş aparatları Qətər sahilləri yaxınlığında ABŞ şirkətinə aid kommersiya gəmisinə hücum edib.

ABŞ-nin “Safesea Group” şirkətinə məxsus “Neha” adlı gəmi Doha yaxınlığında lövbərdə olduğu zaman hücuma məruz qalıb.

Dronlardan biri gəmiyə dəyib, digəri isə hədəfi vura bilməyib. Hadisə zamanı gəmidə 23 dənizçi olub, xəsarət alan olmayıb.

Hücum zamanı gəmi yük daşımayıb və Qətər sahilləri yaxınlığında dayanıb.