Dəniz sahələrində mühafizə artırılır

65

Türkiyənin beynəlxalq sulara açılan dəniz sahələrinin hüquqi əsaslarla daha güclü mühafizə altına alınması planlaşdırılır.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumata görə, hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) “Mavi Vətən” doktrinası çərçivəsində Qara dəniz, Aralıq dənizi və Egey dənizində Türkiyənin hüquq və maraqlarını daha güclü şəkildə təmin etmək üçün yeni qanun layihəsi hazırlayır.

Layihə çərçivəsində müstəsna iqtisadi zona və kontinental şelf sərhədlərinin hüquqi əsaslarının daha aydın şəkildə müəyyən edilməsi nəzərdə tutulur.

Sənəddə Türkiyənin dəniz səlahiyyət sahələrində tətbiq edəcəyi hüquqi çərçivələrin dəqiqləşdiriləcəyi, həmçinin beynəlxalq sulara çıxış zonalarının mühafizəsinin gücləndiriləcəyi bildirilir.

Qanun layihəsinin Qurban bayramından sonra Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim olunması gözlənilir.