Dəniz təhlükəsizliyinə Avstraliyanın töhfəsi

60

Avstraliya Hörmüz boğazından keçən gəmilərin təhlükəsizliyini təmin etmək məqsədilə Fransa və Böyük Britaniyanın rəhbərlik etdiyi müdafiə missiyasına qoşulacağını açıqlayıb.

Bu barədə Avstraliya müdafiə naziri Riçard Marles bildirib.

Nazir qeyd edib ki, Avstraliya Böyük Britaniya və Fransanın rəhbərlik etdiyi müstəqil və müdafiə xarakterli çoxmillətli hərbi missiyanın formalaşmasından sonra onu dəstəkləməyə hazırdır.

“Avstraliya belə bir missiya qurulduqdan sonra ona töhfə verməyə hazırdır”, – deyə o vurğulayıb.

Riçard Marles əlavə edib ki, Avstraliya artıq bölgədə yerləşdirilmiş E-7A Wedgetail havadan erkən xəbərdarlıq və nəzarət (AEW&C) təyyarələri vasitəsilə Birləşmiş Ərəb Əmirliklərinin İranın dron hücumlarından qorunmasına dəstək verir.