Qətər LNG tankeri Hörmüz boğazından keçib

92

Sinqapur bayrağı altında üzən və Qətərdən Pakistana mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan “Mihzem” tankeri Hörmüz boğazından uğurla keçib.

Bu barədə Bloomberg monitorinq resurslarına istinadən məlumat yayıb.

Hazırda tanker Oman körfəzində hərəkət edir. Məlumata görə, keçid zamanı gəmi bir müddət mövqeyini göstərən siqnalların ötürülməsini dayandırıb.

Yaxın Şərqdə münaqişənin başlanmasından sonra bu, Qətərdə yüklənərək Fars körfəzindən Oman körfəzinə çıxan ikinci LNG tankeridir. Bundan əvvəl may ayında Ras-Laffan sənaye zonasında yüklənmiş “Al Kharaitiyat” tankerinin də eyni marşrutu keçdiyi bildirilib.