ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) “Azərbaycanda gəmiçiliyin inkişaf perspektivləri” mövzusunda elmi seminar keçirilib.
Ölkəmizdə dənizçilik təhsilinin 145 illiyinə və ADDA-nın 30 illik yubileyinə həsr olunan tədbirdə Azərbaycanın müxtəlif elm, təhsil və istehsalat müəssisələrinin aparıcı mütəxəssisləri, həmçinin Türkiyənin İstanbul Texniki Universiteti və Orta Doğu Texniki Universitetinin alimləri iştirak ediblər. Müxtəlif xarici ölkələrdən olan mütəxəssislər isə seminara onlayn formatda qoşulublar.
ADDA-nın rektoru vəzifəsini icra edən Eldar Qocayev gəmiçilik sahəsinin gələcək inkişaf perspektivləri barədə fikirlərini bölüşüb, həmçinin təhsil müəssisəsinin beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Seminarda çıxış edən məruzəçilər dənizçilik təhsilinin inkişaf tendensiyaları, bu sahənin iqtisadiyyata təsiri, gəmiçilikdə süni intellektin tətbiqi və digər aktual mövzular barədə təqdimatlarla çıxış ediblər.
ADDA#









